Alina Bozun sevgilisi ilə ilk şəkli
    • 1-11-2018, 12:12
    • 2 086

Alina Bozun sevgilisi ilə ilk şəkli

Bir müddətdir Sezen Aksunun musiqiçi oğlu Mithat Can Özrələ sevgili olan 20 yaşlı aktrisa Alina Boz əvvəl bərabırliklərini gizlətsə də sonradan hər ikisi də etiraf etdilər.

Hətta Sezen Aksu oğlunun seçimini təqdirəlayiq sayıb, Alinanı İzmirdəki evinə dəvət etmişdi. Görüş zamanı Sezen Alinadan çox razı qalaraq, onu gələcək gəlini adlandırmışdı. 
News24.az xəbər verir ki, 10 aydır sevgili olmalarına baxmayaraq, bu vaxta kimi Türkiyənin mağazinçiləri cütlüyü nə birgə görmüş, nə də birgə fotolarını çəkə bilmişdilər. Bu səbəbdən onların həqiqi eşq yaşadıqlarına şübhə ilə yanaşırdılar. Ötən gecə isə maqazinçilərin əlinə fürsət düşdü. Onlar Mithat və Alinanı İstanbulda yerləşən gecə məkanlarının birindən çıxarkən yaxalayıb, şəkillərini çəkməyə başladılar. Cütlük şəkillərinin çəkilməsindən əvvəl narahat olsa da, sonradan rahat şəkildə poza veriblər. Beləcə, hər kəs Alina və Mithatın bərabərliyinin həqiqiliyinə inanıb.

News24.az