-
- 25-05-2021, 12:37
- 763
COVID pasportu almayanlara qadağalar qoyulacaq
"COVID pasportu tətbiq olunacaq. İki sertifikat hazırlanıb. İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Bu sertifikatı əldə etməyən şəxslər idman sağlamlıq mərkəzlərinə buraxılmayacaq. Gələcəkdə konsertlər, kinoteatrlar, toylar və digər yerlərdə də bu pasportlar tətbiq olunacaq".
News24.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.