DİQQƏT! 40 yaşdan yuxarı şəxslər də... - RƏSMİ AÇIQLANDI
    • 19-03-2021, 16:19
    • 530

DİQQƏT! 40 yaşdan yuxarı şəxslər də... - RƏSMİ AÇIQLANDI

"Bu günə qədər Azərbaycanda 5 yüz minə yaxın vaksin vurulub".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, növbəti həftədən 40 yaş və üzəri olan insanlar vaksinasiya prosesinə cəlb olunacaq.