Azərbaycanın hərbi gəmiləri döyüş atışları icra edib - VİDEO
    • 25-05-2021, 13:46
    • 484

Azərbaycanın hərbi gəmiləri döyüş atışları icra edib - VİDEO

2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.