-
- 25-05-2021, 14:47
- 438
Azərbaycan uşaqlarına Türkiyədən hədiyyə karvanı gəlir - FOTOLAR
Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” növbəti dəfə azərbaycanlı uşaqları sevindirəcək.
News24.az xəbər verir ki, Türkiyənin əksər şəhərlərində pandemiya dövründə məktəbdən, sosial həyatdan ayrı düşən, evdə zaman keçirmək məcburiyyətində qalan uşaqlara maraqlı hədiyyələr aparan karvan mayın 27-də İstanbuldan yola çıxacaq, mayın 31-i Azərbaycana çatacaq və iyunun 20-dək müxtəlif şəhərlərimizi gəzib, azyaşlıları sevindirəcək.
"Hədiyyə Karvanı" 1 iyunda Tovuzda, 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.
Qeyd edək ki, şəhər və rayonlarımızı dolaşacaq "Hədiyyə Karvanı" aksiyası "YAŞAT" FONDU ilə bərabər və onunla ortaq şəkildə həyata keçirilir. Layihənin informasiya dəstəkçilərindən biri də "Yeni Müsavat" Media Qrupudur.