Sabah Bakıda 40 dərəcə İSTİ OLACAQ
    • 12-06-2020, 13:27
    • 477

Sabah Bakıda 40 dərəcə İSTİ OLACAQ

13 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətdən News24.az-a verilən xəbərə görə, 13 iyunda Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-24, gündüz  35-40, Bakıda  gecə 21-23, gündüz  38-40 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan  aşağı 752  mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz  25-35 faiz təşkil edəcək.

13 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.