-
- 27-05-2021, 10:20
- 542
Respublika Günü Los-Ancelesdə qeyd olundu
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 May Respublika Gününü ABŞ-ın tanınmış siyasi və ictimai xadimlərinin iştirakı ilə virtual şəkildə qeyd edib.
Konsulluqdan News24.az-a verilən məlumata görə, sosial şəbəkələr üzərindən yayımlanan tədbirdə ABŞ-ın Qərb ştatlarının siyasi xadimləri, eləcə də nüfuzlu din və icma rəhbərlərinin təbrik mesajları nümayiş etdirilib.
Azərbaycan və ABŞ-ın himnlərindən sonra çıxış edən Azərbaycanın baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın yaranması və bu respublikanın nailiyyətləri haqda məlumat verib.
O, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın bu gün dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edib. Baş konsul Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən ötən il işğal altında olan torpaqlarımızın azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırıb.
Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını vurğulayıb.
Kaliforniya senatoru Coş Nyuman (Josh Newman), Arizona senatoru J.D. Mesnard, Yuta senatoru Cin Deyvis (Gene Davis), Vaşinqton Senatının sədri (2015-2017), ştatın Pirs Vilayət Şurasının üzvü Pəm Rouç (Pam Roach), Kaliforniyanın Örvayn şəhərinin meri Farrah Xan (Farrah Khan) və San Dieqo Şəhər Şurasının sədri Stefen Uitbörn (Stephen Whitburn) Baş Konsulluğa göndərdikləri təbrik video-mesajlarında, ADR-in müsəlman dünyasının ilk demokratik respublikası və qadınlara ilk dəfə səsvermə və seçilmək hüququ verən dövləti olduğunu qeyd edərək, Azərbaycanın bu günkü müstəqil inkişafından, ABŞ ilə dostluq və tərəfdaşlıq münasibətlərindən, Kaliforniya və digər Qərb ştatlarının Azərbaycan ilə əlaqələrinin günü-gündən möhkəmlənməsindən bəhs ediblər.
ABŞ-ın və dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin rəhbəri Deyvid Harris (David Harris) və Los Ancelesdə yerləşən, 400 min üzvü olan nüfuzlu Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper (Abraham Cooper), Los Ancelesin ən böyük sinaqoqlarından olan Sinay Sinaqoqunun baş ravvini, Newsweek jurnalının sorğusuna görə ABŞ-ın ən nüfuzlu ravvini olan Deyvid Uolpe (David Wolpe), İran yəhudilərinin dünyadakı ən böyük təşkilatı olan İran Amerika Yəhudiləri Federasiyasının prezidenti Suzan Azizzadə (Susan Azizzadeh), ABŞ-dakı Asiya icmasının liderlərindən olan, FACE təşkilatının rəhbəri Hyepin İm, Xristian Liderləri Konqresinin prezidenti Conni Mur (Johnnie Moore), Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman (Mitch Silberman), Kaliforniya Bəhai Şurasının üzvü Randolf Dobs (Randolph Dobbs), Pakistan Şurasının sədri Adnan Xan (Adnan Khan), Amerika Türk Assosiasiyaları Assambleyasının sabiq prezidenti Ergün Kırlıkovalı, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının sədri Kimiya Məmmədova və digər xadimlər Baş Konsulluğa göndərdikləri təbrik video-mesajlarında, Azərbaycanın yüksək tolerantlıq mədəniyyətindən, multikulturalizm ənənələrindən, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə dinc birgəyaşayışından, bu sahədə Azərbaycanın bütün dünyaya nümunə olmasından danışaraq, öz səmimi təbriklərini çatdırıblar.
Tədbirdə, həmçinin, Heydər Əliyev Fondu tərəfindən Şuşada keçirilmiş “Xarıbülbül” musiqi festivalından Bayatı Şiraz muğamının ifası, eləcə də müxtəlif milli azlıqların ifasında səsləndirilmiş musiqi parçaları nümayiş etdirilib. Bundan başqa, Polad Bülbüloğlunun “Aman-aman ayrılıq” mahnısı Kaliforniyada yaşayan, tanınmış azərbaycanlı kamança ustası İmamyar Həsənovun ifasında yeni aranjimanda tamaşaçılara təqdim olunub.
Sözügedən tədbiri bu linkdə izləmək mümkündür.