-
- 20-11-2020, 14:22
- 819
Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası möhtəşəm uğurlarımızın ilham mənbəyidir"
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə özünün rəsmi facebook səhifəsində paylaşım edib.
News24.az-ın məlumatına görə, Ə. Əhmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il keçir.
YAP Sədrinin müavini – icra katibi qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyəcanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılırdı: “Təsis edilməsinin 28-ci ildönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı anlarında – işğal edilmiş torpaqlarımızın azad edildiyi dövrdə qeyd edir. Yəqin ki, Yeni Azərbaycan Partiyasının builki ildönümü onun ən şərəfli, yaddaqalan ad günü olacaq. Partiyamızın yaradıcısı Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində total böhran içində boğulan, parçalanmaqda olan Azərbaycanı qurtuluşa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımızın 30 illik işğalından xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir. Müasir Azərbaycanın həyatının ən möhtəşəm anları, ən nəhəng uğurları və tarixi qələbələri onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlıdır. 1990-cı illərin əvvəllərində böhranların ağır məngənəsində boğulan Azərbaycanın çiçəklənən gənc dövlətə, məğlub ölkədən qalib ölkəyə çevrilməsi yaşadığımız və şahidi olduğumuz tarixin heyrətamiz inkişafıdır. Yeni Azərbaycan Partiyası ecazkar siyasi taleyi olan təşkilat sayıla bilər və sayılmalıdır. Yaradılmasından cəmi 6 ay sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, ona rəhbərlik etmiş iki dahi şəxsiyyətin – Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olub”.
Ə. Əhmədov vurğulayıb ki, bu sırada xalqımızın tarixinin və taleyinin ən şərəfli hadisəsi – 30 illik işğaldan sonra doğma Qarabağın azad edilməsi xüsusi yer tutur: “Torpaqlarımızın azad edilməsi ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Bu, yeni imkanlar, yeni uğurlar, yeni zirvələr mərhələsi olacaq. Yeni Azərbaycan Partiyasının yaradılmasının növbəti ildönümündə böyük hörmət və ehtiramla Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edirəm. Əlamətdar gün və tarixi qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Eləcə də, Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və tarixi qələbələr münasibətilə partiyamızın bütün üzvlərini təbrik edirəm.”