-
- 27-05-2021, 22:40
- 408
Ombudsman BQXK nümayəndəsi qarşısında minalarla bağlı məsələ qaldırıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.
Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, görüşdə S.Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrinin verilməməsinin Azərbaycan üçün hələ də ciddi problem olaraq qaldığını qeyd edib.
Ombudsman iki ölkə arasında hərbi əməliyyatlara son qoyulmasını təsdiq edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində cinayətlər törətməkdə təqsirli bilinərək saxlanılmış və barələrində istintaq aparılan Ermənistandan olan silahlı qrupun üzvlərinə bir neçə dəfə baş çəkdiyini, nəticələrlə bağlı müvafiq beynəlxalq təşkilatlara ad hoc hesabatlar göndərildiyini bildirib.
Diqqətə çatdırılıb ki, mayın 24-dən başlayaraq Ermənistan tərəfinin atəşkəsi pozması yenidən münaqişə ocağı yaratmağa yönələn və insan hüquqlarını təhdid edən cəhd olaraq narahatlıq yaradır. Ombudsman həmçinin mayın 27-si gecə saatlarında Ermənistanın minalama fəaliyyəti həyata keçirən növbəti təxribat-diversiya qrupunun ölkəmizin ərazisinə keçmə cəhdinin qarşısının alındığını bildirib.
Ombudsman dəfələrlə aidiyyəti beynəlxalq təşkilatlar qarşısında Ermənistanın bu və ya digər hüquq pozuntuları ilə bağlı məsələ qaldırıldığını vurğulayıb. Qeyd olunub ki, bu cür addımlar 30 ilə yaxın davam etmiş işğala son qoyan Vətən müharibəsindən sonra bölgədə sülhün bərqərar olmasına ciddi maneədir.
BQXK-nın ölkə üzrə nümayəndəsi A. Bauer qəbula görə təşəkkür edərək, Ombudsmanın münaqişə və münaqişədən sonrakı dövrdə yayımladığı hesabatları ilə yaxından tanış olduğunu bildirib. O, iki qurum arasındakı birgə əməkdaşlıqdan danışaraq gələcəkdə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Yekunda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.