Samirə "Eurovision"dan yazdı
    • 28-05-2021, 11:10
    • 467

Samirə "Eurovision"dan yazdı

Azərbaycanı "Eurovision 2021"də təmsil edən Samirə Əfəndi yarışma ilə bağlı təəssüratlarını bölüşüb.

News24.az xəbər verir ki, sənətçi bununla bağlı "İnstagram"da paylaşım edərək bu sözləri yazıb: "Hər bir müsabiqədə yaddaşlarda qalmaq və auditoriyanın sevgisini qazanmaq, bu bir musiqi müsabiqəsidirsə, sənin mahnının səslənməsi vacibdir. Çox xoşbəxtəm ki, hər ikisinə nail olmuşam. Bütün komandama, bu günə qədər məni çox dəstəkləyən dinləyicilərimə təşəkkür edirəm. Ən əsası isə bu təcrübəni, yeni dostlar və dinləyicilər əldə etdiyimə görə "Avroviziya" müsabiqəsinə minnətdaram".

Qeyd edək ki, Samirə ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edib. O, 65 xalla 20-ci sırada qərarlaşıb.