Şabran və Xaçmazda “Xaşxaş 2021” əməliyyatı
    • 28-05-2021, 11:54
    • 424

Şabran və Xaçmazda “Xaşxaş 2021” əməliyyatı

Şabran və Xaçmaz rayonlarında narkotiklərlə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şahnəzərli kənd sakini E.Qafarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Həmçinin Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş N.Nuriyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.