Xaçmaz və Şəmkirdə çətənə bitkisi yetişdirən Qadınlar saxlanıldı
    • 24-08-2019, 18:04
    • 1 168

Xaçmaz və Şəmkirdə çətənə bitkisi yetişdirən Qadınlar saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müşfiq kənd sakini Z.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 41 çətənə kolu aşkar edilərək götürülüb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş M.Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 22 çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.