Türkiyə Baş Prokurorunun Azərbaycana rəsmi səfəri başladı
    • 29-05-2021, 16:24
    • 642

Türkiyə Baş Prokurorunun Azərbaycana rəsmi səfəri başladı

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı  beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulmuşdur.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.