-
- 30-05-2021, 18:30
- 653
Türkiyənin Baş Prokuroru Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkında olub
Xəbər verildiyi kimi, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu gün Kamran Əliyev və Bəkir Şahin Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.
Həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Eləcə də, hər iki ölkənin Baş Prokurorları tərəfindən Türkiyə Cümhuriyyətinin banisi, Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatının öndəri Qazi Mustafa Kamal Atatürkün şərəfinə Bakıda ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
Səfər çərçivəsində nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, eksponatlar barədə onlara ətraflı məlumat verilib.
Səfər zamanı həmçinin qonaqlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”-nda olub, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqların böyük marağına səbəb olub.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.