Baş Prokurorluqdan Eldar Həsənovun cinayət işi ilə bağlı AÇIQLAMA
    • 31-05-2021, 13:57
    • 414

Baş Prokurorluqdan Eldar Həsənovun cinayət işi ilə bağlı AÇIQLAMA

Sabiq səfir Eldar Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə istintaq mərhələsinin gedişatı barədə məlumat var. 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-ın sorğusuna cavab olaraq məlumat verilib. 

Bildirilib ki, qeyd olunan cinayət işi üzrə aparılan istintaq artıq yekunlaşmaq üzrədir. İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.