Nəşi tapılan əsgərlə bağlı rəsmi açıqlama verildi
    • 31-05-2021, 15:16
    • 344

Nəşi tapılan əsgərlə bağlı rəsmi açıqlama verildi

Hərbi Prokurorluq nəşi tapılan hərbçi ilə bağlı açıqlama yayıb.

News24.az-a daxil olan məlumatda qeyd edilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.