Bu restoranlar cərimələndi
    • 31-05-2021, 17:30
    • 673

Bu restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan News24.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 698 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu‎, Ağasadıq Gəraybəyli 28 b 3068 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Xaliq Lətif oğluna məxsus "Şabalıd" restoranı;

2. Bakı şəhəri, Xətai rayonu‎, Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pak dad" restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 51‎ ünvanında yerləşən, fiziki şəxs Ağamətov Xəlil Gülmət oğluna məxsus "Qızıl ay" restoranı;

4. Bakı şəhəri, Nəsimi ‎rayonu, Ali Mustafayev küçəsi, ev 15 B ünvanında yerləşən, fiziki şəxs Ağayev Orxan Rasim oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi ‎rayonu, 3-cü mkr., Cavadxan küçəsi 3005, 5-ci məhəllədə yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus "Başkent" restoranı;

6. Bakı şəhəri, Nizami ‎rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Fariz Aslan oğluna məxsus "Arpaçay" kafesi;

7. Bakı şəhəri, Yasamal rayonu‎, İzmir küçəsi, ev 27 E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus “Pizza bruno” restoranı;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.