Əli Əsədov Cahit Bağçı ilə görüşdü
    • 31-05-2021, 19:21
    • 693

Əli Əsədov Cahit Bağçı ilə görüşdü

Baş nazir Əli Əsədov bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.