Əli Əsədov Türkiyənin ticarət naziri ilə GÖRÜŞDÜ
    • 2-04-2021, 19:03
    • 594

Əli Əsədov Türkiyənin ticarət naziri ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.