"Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!" - Mehriban Əliyeva
    • 1-06-2021, 12:47
    • 541

"Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!" - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!".