Xocavənddə polis əməkdaşları silahlar aşkarladı - Fotolar
    • 1-06-2021, 14:26
    • 398

Xocavənddə polis əməkdaşları silahlar aşkarladı - Fotolar

Xocavənddə polis əməkdaşları tərəfindən silahlar aşkar edilib. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.