"Uşaqların tərbiyəsini Elzanın şerləri yox, sizin çirkin fikirləriniz pozur" - VİDEO - FOTOLAR
    • 1-06-2021, 17:31
    • 559

"Uşaqların tərbiyəsini Elzanın şerləri yox, sizin çirkin fikirləriniz pozur" - VİDEO - FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bu özəl günü hərə bir cür qeyd edir. Kimisi uşağını gəzintiyə aparır, kimisi hədiyyələrlə könlünü oxşayıb günü onun üçün yaddaqalan etməyə çalışır.


Əməkdar artist Elza Seyidcahan da bu ənənəyə sadiqdir. O da balaca Elzanı, daha doğrusu, xasiyyətcə özünə çox bənzətdiyi dörd yaşlı nəvəsi Səmərrux üçün uşaq gününün unudulmaz olmasını istəyir. Bu səbəbdən də onu uşaq bağçasından götürüb sevdiyi parka aparır. Bəsdeyincə yelləncəklərdə yelləyir.


Səmərrux üçün bu gün nə qədər yaddaqalandır, deyə bilmərik, amma izləyicilər üçün Elza xanımın yeni imici və dediyi şerlərin uzun müddət unudulmayacağına əminik.  

Daha ətraflı News24.az-ın süjetində:
                         
                   

VİDEO - FOTO: Fərid Şabanov, Hüseyn Həsənov