-
- 1-06-2021, 18:26
- 590
Sahibə Qafarova İƏT üzvlərini Qarabağda bərpa işlərində iştiraka dəvət etdi
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransının açılış mərasimində çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, Milli Məclisin Sədri bildirib ki, Azərbaycan Respublikası uğurlu regional inteqrasiya proseslərinin davamlı inkişafı təmin etmək və firavan cəmiyyətlər qurmaq üçün rasional bir yol olduğuna inanır:
“İnteqrasiya prosesləri millətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə yol açır. Bu mənada, İqtisadi Əməkdaşlıq Təşkilatı geosiyasi baxımdan əhəmiyyətli bölgələrin ölkələrini bir damın altına toplayır. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa həmişə böyük diqqət yetirib. Təxminən 3 ay əvvəl, 4 mart tarixində Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılan İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalandı. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlindən gələni edəcək”.