-
- 5-09-2020, 15:06
- 1 101
Sahibə Qafarova Pakistan Senatının sədrini Azərbaycana dəvət edib
Bu gün Milli Məclisin Sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının Sədri cənab Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür.
Milli Məclisin spikeri xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.
Sahibə Qafarova ölkələrimizin dost və qardaşlıq münasibətlərindən söz açaraq, beynəlxalq arenada Pakistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizə verdiyi daimi dəstəyə və işğalçı Ermənistanı dövlət olaraq tanımadığına görə təşəkkürünü bildirib. Xanım Sədr 2013-cü ildə Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat vermiş, 2012-ci ildə Senatın Beynəlxalq münasibətlər komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımına dair qətnamələr qəbul etməsini məmnuniyyətlə xatırlayıb.
Sahibə Qafarova Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və ölkəmizin Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələri əsasında həll edilməsini dəstəklədiyini diqqətə çatdırıb.
Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin Sədri Sahibə Qafarovaya görüş dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib. Senat Sədri Prezident İlham Əliyevə pandemiya dövründə Pakistana Azərbaycan tərəfindən göstərilən 1 milyon dollar məbləğində yardıma görə təşəkkür edib.
O, qeyd edib ki, hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir və parlamentlərarası əlaqələrin inkişafında yaxından iştirak edirlər. Pakistan Senatının sədri 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda olduğunu və pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb.
Senat Sədri bildirib ki, Pakistan da həmişə Azərbaycanın yanındadır və hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəkləyir.
Parlament sədrləri bir-birini pandemiyadan sonra öz ölkələrinə səfərə dəvət edib.