“Oğlum 8-ci sinifdən ingilis dilində təhsil alıb” - Elmar Məmmədyarovun atası
    • 2-11-2018, 16:47
    • 870

“Oğlum 8-ci sinifdən ingilis dilində təhsil alıb” - Elmar Məmmədyarovun atası

Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Xarici İşlər Naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov nazirin gənclik illərindən danışıb.

O deyib ki, Elmar 8-ci sinifdən ingilis dilində təhsil alıb:
 
"Elmar işlədiyi sahəni özü seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik diplomu verildi.
 
Dedi ki, mən beynəlxalq münasibətlərə getmək istəyirəm. Dedim ki, mənə bir nəfər azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi. Xalq Təsərrüfatı İnstitutunda o vaxt Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən daşındırsın. Razılaşdıq, 20 dəqiqədən sonra Elmar Zeynal müəllimin yanından çıxıb dedi ki, ata, səni çağırırlar.
 
Zeynal müəllim dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır. Onu göndərdilər Kiyevə – beynəlxalq münasibətlər fakültəsinə. Oranı bitirb gəldi, göndərdilər Xalq Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir çarpayı verdilər.
 
Mən də dedim ki, hə, yoldaş diplomat, aldınmı payını? Amma sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova onu SSRİ diplomatiya Akademiyasında aspiranturaya göndərdi. Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu".

//turkustan.info