"Səssizlik" filmi təqdim olundu - VİDEO
    • 2-11-2018, 18:30
    • 1 566

"Səssizlik" filmi təqdim olundu - VİDEO

Bakı Dövlət Universitetinini tələbələri - Humay Məmmədova və Könül Alıyevanın rəhbəri olduğu "Ölümsüz Düşüncələr" layihəsi "Education HUB"ın təşkilatçılığı ilə həyata keçirilən "İnkişaf Zamanı" proqramı çərçivəsində  reallaşıb.

"Ölümsüz Düşüncələr" layihə komandası tərəfindən hazırlanan "Səssizlik" qısametrajlı bədii filminin təqdimatı  2018-ci il  oktyabrın 30-da keçirilib.  Film cəmiyyətə  kitab oxunması vərdişlərinin aşılanmasına həsr olunub. Filmdə sosial və mənəvi problemlərindən təngə gəlmiş naşir intihara cəhd edir.  Lakin birdən otaqda peyda olan gözlənilməz qonaqlar onunla söhbət etməyə başlayır və kitabların köməyi ilə onu vəziyyətdən çıxarırlar.

Filmin nümayiş və müzakirəsindən sonra şair Əli Xəyyamın "Bədii qiraətin cəmiyyətdə rolu" mövzusunda məruzəsi keçirilib.  Filmin rejissoru - Orxan Adıgözəlov, ssenari müəllifi: Ələmdar Faiq və aktyoru Bəhruz Vaqifoğludur.

Həmçinin layihə çərçivəsində Azərbaycan dilində audio kitabların artırılması məqsədilə səsləndirilir. Audio kitablar youtube kanalında yerləşdirlir.