Beyləqanda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
    • 4-06-2020, 12:28
    • 631

Beyləqanda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB

Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumatına görə, iyunun 3-də saat 21 radələrində Beyləqan rayonunun Xalac kəndi ərazisində Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.