Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir
    • 4-06-2021, 11:46
    • 935

Müharibə əlilləri ev alqı-satqısı zamanı rüsumdan azad edilir

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir.

News24.az xəbər verir ki, dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər mənzil (ev) alqı-satqısı zamanı notariat hərəkətlərinin aparılması ilə əlaqədar dövlət rüsumundan azad olunurlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 8-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.