AzTV və "AZƏRTAC"ın əməkdaşları minaya düşərək həlak oldu - YENİLƏNDİ - 3
    • 4-06-2021, 12:15
    • 1 402

AzTV və "AZƏRTAC"ın əməkdaşları minaya düşərək həlak oldu - YENİLƏNDİ - 3

"AZƏRTAC" Dövlət İnformasiya Agentliyinin əməkdaşı bu gün minaya düşüb.

News24.az-ın əldə etdiyi məlumata görə, bu gün agentliyin Qarabağa ezam olunan müxbiri Məhərrəm İbrahimov Kəlbəcər rayonu ərazisində minaya düşərək həyatını itirib.

39 yaşında həyatını itirən mərhum jurnalist ailəli idi, iki övladı var. 

Əldə etdiyimiz daha bir məlumata görə, mina partlayışı zamanı Azərbaycan Dövlət Televiziyasının da bir əməkdaşı həlak olub. 

Hadisənin təfərrüatı haqqında məlumat verəcəyik. 

39 yaşlı Məhərrəm İbrahimov ailəli idi, iki övladı var. 

****
12:30


Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olduqları xəbəri təsdiqləndi. 

Bu haqda Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədov facebook səhifəsində paylaşım edib. 

“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”, - deyə R. Məmmədov qeyd edib.

****
12:50


Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşüblər.

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAc-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Allah həmkarlarımıza rəhmət eləsin!