Sahibə Qafarova Pakistan Prezidenti ilə görüşüb - Foto
    • 4-06-2021, 13:05
    • 695

Sahibə Qafarova Pakistan Prezidenti ilə görüşüb - Foto

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb. 

News24.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Arif Alvi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Bildirib ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir.  

Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Arif Alviyə çatdırıb. Milli Məclisin Sədri bildirib ki, iqtisadi və ticarət əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar var. Humanitar sahədə əməkdaşlığın davamlı inkişafına xüsusi diqqət ayrılır.