Bakıda kafedə yanğın, üç ölü

Bakıda kafedə yanğın, üç ölü Kriminal
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən kafedə baş verib. 

Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti aşkar edilib.