Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin cənazəsi Gəncəyə gətirilib
    • 4-06-2021, 17:52
    • 583

Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin cənazəsi Gəncəyə gətirilib

Bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kənd ərazisində minaya düşərək həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışovun cənazələri Gəncəyə gətirilib. 

News24.az xəbər verir ki, cənazələri Gəncədən Bakıya gətiriləcək. 

Məhərrəm İbrahimov və Sirac Abışovun dəfni bağlı məlumat veriləcək. 

Allah həmkarlarımıza rəhmət eləsin.