Heydər Əliyev Fondu minaya düşərək həyatını itirən jurnalistlərin ailələrinə BAŞSAĞLIĞI VERDİ
    • 4-06-2021, 19:23
    • 549

Heydər Əliyev Fondu minaya düşərək həyatını itirən jurnalistlərin ailələrinə BAŞSAĞLIĞI VERDİ

Heydər Əliyev Fondu bu gün səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Dövlət Televiziyasının (AzTV) videooperatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və "AZƏRTAC" Dövlət Agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) ailəsinə başsağlığı verib. 

Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov News24.az-a açıqlamasında bildirib ki, ailəyə Heydər Əliyev Fondu tərəfindən zəng olunub. 

Başsağlığı hər iki mərhum jurnalistlin ailəsinə verilib. 

Allah həmkarlarımıza rəhmət eləsin!