Azərbaycan XİN Pakistana başsağlığı verdi
    • 7-06-2021, 10:43
    • 584

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda insanların ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, başsağlığında deyilir:

“Pakistanın Qotki bölgəsində baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüzünlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır".