Serbiyanın "Sloboda" müdafiə müəssisəsində partlayış
    • 7-06-2021, 11:42
    • 292

Serbiyanın "Sloboda" müdafiə müəssisəsində partlayış

Serbiyanın Çakçak qəsəbəsində yerləşən "Sloboda" müdafiə müəssisəsinin anbarında yenidən partlayış baş verib.

News24.az xəbər verir ki, hazırda partlayış baş verən ərazidə qatı tüstü-duman müşahidə olunur.  Polis müəssisəni mühasirəyə alıb və fabrik işçilərinin əraziyə girməsinə icazə vermir.

Qeyd edək ki, sözügedən müdafiə müəssisəsində 4 iyun tarixində yanğın baş vermişdi. Dəyən ziyan isə 1,5-2 milyon avro dəyərində olub.