Universitet binasında partlayış - ANBAAN GÖRÜNTÜLƏR
    • 17-01-2019, 14:26
    • 745

Universitet binasında partlayış - ANBAAN GÖRÜNTÜLƏR

Fransada ali təhsil müəssisəsində partlayış baş verib.

Partlayış Villerban şəhərində yerləşən Lion Texniki Universitetinin kampus binasında baş verib.

Belə ki, universitetin binasında baş verən partlayışdan sonra yanğın başlayıb. Partlayışın binadakı qaz sızmasından olduğu ehtimal olunur.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.




//İnterpress