-
- 16-12-2019, 16:26
- 798
DİQQƏT! Bakının 6 məktəbində... - YENİ XƏBƏR
“2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb”.
News24.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O qeyd edib ki, bundan əlavə mövcud olan bir məktəbin binası yenilənib: “Bir məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə bir yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb”.
R.Tağıyev əlavə edib ki, hazırda bir məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.
BŞTİ müdiri onu da deyib ki, bu il Bakıda 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub: "Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsinin miqyası genişlənib. Bu il 60 şagird inklüziv təhsilə cəlb edilib. Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib”.