“Övladınızın ən yaxın sirdaşı olun!” - VİDEOÇARX
    • 8-06-2021, 15:29
    • 450

“Övladınızın ən yaxın sirdaşı olun!” - VİDEOÇARX

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu münasibətin təbliği məqsədi ilə mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirilir.

Dövlət Komitəsindən News24.az-a bildirilib ki, bu istiqamətdə sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Dövlət Komitəsi bu tədbirlərin davamı olaraq Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Övladınızın ən yaxın sirdaşı olun!” adlı növbəti sosial videoçarx hazırlayıb.

Qeyd olunub ki, uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun sağlam ailə mühitində, məhəbbət və anlaşma şəraitində böyüməsi çox vacibdir. Bildirilib ki, xoşbəxt ailədə xoşbəxt uşaqlar böyüyür və gələcəyimiz onları necə yetişdirməyimizdən asılıdır.