Azad Rəhimovun məzarı ziyarət olundu - FOTOLAR
    • 8-06-2021, 18:00
    • 931

Azad Rəhimovun məzarı ziyarət olundu - FOTOLAR

Bu gün sabiq gənclər və idman naziri Azad Rəhimovun vəfatından 40 gün ötür. 

News24.az-ın məlumatına görə, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri A.Rəhimovun məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Xatırladaq ki, 30 aprel 2021-ci il tarixdə, ömrünün 57-ci ilində gözlərini əbədi olaraq yuman gənclər və idman naziri Azad Rəhimov 2-ci Fəxri xiyabanda dəfn edilib.