Oğlunu və gəlinini baltalayan şəxsin ibtidai istintaqı BAŞA ÇATDI
    • 8-06-2021, 19:22
    • 500

Oğlunu və gəlinini baltalayan şəxsin ibtidai istintaqı BAŞA ÇATDI

Bakıda oğlunu və gəlinin öldürməyə cəhd etməkdə ittiham olunan Mehti İsmayılovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

İttihama görə, ötən il dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Mehti İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Mehti İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.