Bakıda 31 heyvan kəsimi məntəqəsində nöqsanlar AŞKARLANDI
    • 9-06-2021, 17:01
    • 618

Bakıda 31 heyvan kəsimi məntəqəsində nöqsanlar AŞKARLANDI

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir
.
AQTA-dan News24.az-a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, 2021-ci il 19 aprel – 4 iyun tarixlərində Bakı şəhərinin Nizami rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 31 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Nöqsan aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Nizami rayonu üzrə:

1. Nizami rayonu, O. Vəliyev küçəsi 19 ünvanında yerləşən, Cəfərov Afiq Bəşir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Nizami rayonu, O. Vəliyev küçəsi 19 ünvanında yerləşən, İbrahimov Hüseyn Əbdülhüseyn oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Nizami rayonu, Özbəkistan küçəsi 26 ünvanında yerləşən, Hacıyev İdeal Asim oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Nizami rayonu, Özbəkistan küçəsi 751 ünvanında yerləşən, Əliyev Orxan Elxan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Nizami rayonu, Elşən Süleymanov küçəsi 166B ünvanında yerləşən, Hüseynov Eldəniz Zülfi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Nizami rayonu, Naxçıvanski küçəsi 86 ünvanında yerləşən, Həsənov Nofəl Baxış oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Nizami rayonunda yerləşən, Mirzəyev Samir Məmmədli oğluna məxsus heyvan kəsimi məntəqəsi;

8. Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 42A ünvanında yerləşən, fiziki şəxs İbrahimov Kazım Fətulla oğluna məxsus heyvan kəsimi məntəqəsi;

9. Nizami rayonu, Şirin Mirzəyev küçəsi 109-111 ünvanında yerləşən, fiziki şəxs Əzizli Əziz Fəqani oğluna məxsus heyvan kəsimi məntəqəsi;

10. Nizami rayonu, Naxçıvanski küçəsi 227E, 8-ci km bazarında yerləşən, fiziki şəxs Vüqar Hüseynova məxsus heyvan kəsimi məntəqəsi;

11. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Qasımov İldırım Mirzəxan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

12. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Cəfərov Niyaməddin Qəmbər oğluna məxsus heyvan kəsimi
məntəqəsi;

13. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Teymurov Fərhad Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

14. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Xankişiyev Rəşad Xanbala oğluna məxsus heyvan kəsimi məntəqəsi;

15. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Həsənzadə Hüseyn Sovet oğluna məxsus heyvan kəsimi məntəqəsi;

16. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Hümbətova Samirə Telman qızına məxsus heyvan kəsimi məntəqəsi;

17. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Baloğlanov Təvəkkül Şafiq oğluna məxsus heyvan kəsimi məntəqəsi;

18. Nizami rayonu, Elşad Süleymanov küçəsində yerləşən, fiziki şəxs Şahbazov Rafiq Mehyəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi;

19. Nizami rayonu, Elşad Süleymanov küçəsi 126 ünvanında yerləşən, fiziki şəxs Quliyev Turab Əli oğluna məxsus heyvan kəsimi məntəqəsi;

20. Nizami rayonu, Məzahir Rüstəmov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Baloğlan İsmail oğluna məxsus heyvan kəsimi məntəqəsi;

21. Nizami rayonu, Məzahir Rüstəmov küçəsi 22 ünvanında yerləşən, fiziki şəxs Abbasov Yusif Museyib oğluna məxsus heyvan kəsimi məntəqəsi;

22. Nizami rayonu, Naxçıvanski küçəsi, 8-ci km bazarında yerləşən, fiziki şəxs Məmmədov Rafail Tapdıq oğluna məxsus heyvan kəsimi məntəqəsi;

23. Nizami rayonu, Şirin Mirzəyev küçəsi 48 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mahir Məhərrəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;

24. Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Kamil Hacı oğluna məxsus heyvan kəsimi məntəqəsi;

25. Nizami rayonu, Şərifli və Nəsimi küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Təhməzov Samir Əlövsət oğluna məxsus heyvan kəsimi
məntəqəsi;

26. Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Əliyev Rövşən Əyyub oğluna məxsus heyvan kəsimi məntəqəsi;

27. Nizami rayonu, Elşən Süleymanov küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs İsfəndiyarov Fuad Vəliyyədin oğluna məxsus heyvan kəsimi məntəqəsi;

28. Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 92 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rəsul oğluna məxsus heyvan kəsimi məntəqəsi;

29. Nizami rayonu, Əli Vəliyev küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Zahid Hüseynova məxsus heyvan kəsimi məntəqəsi.;

30. Nizami rayonunda yerləşən, fiziki şəxs Verdiyev Şəmşir Ələş oğluna məxsus heyvan kəsimi məntəqəsi;

31. Nizami rayonunda yerləşən, Babayev Elçin Əlihüseyn oğluna məxsus heyvan kəsimi məntəqəsi.

AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcəkdir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.