Qubada oğul atasını balta ilə öldürdü
    • 10-06-2021, 09:19
    • 374

Qubada oğul atasını balta ilə öldürdü

Quba rayonunda qətl hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır. /Report.az/