Əfqanıstanda silahlılar toydan qayıdan 5 nəfəri ÖLDÜRDÜ
    • 12-06-2021, 10:57
    • 511

Əfqanıstanda silahlılar toydan qayıdan 5 nəfəri ÖLDÜRDÜ

Əfqanıstanın Kabil əyalətində silahlı hücum nəticəsində ən azı beş nəfər ölüb.

News24.az xəbər verir ki, Paqman mahalında silahlı şəxslər toy mərasimindən qayıdan insanları qaçıraraq öldürdürüblər.

Bildirilir ki, öldürülənlər mücahidlərin keçmiş komandiri və qohumları olub. 

Polis hadisəni radikal Taliban silahlılarının törətdiyini açıqlayıb. Taliban hadisəyə hələ münasibət bildirməyib.