Əfqanıstanda hərbi baza partladıldı - ÇOX SAYDA ÖLƏN VƏ YARALANAN VAR
    • 3-05-2021, 10:51
    • 394

Əfqanıstanda hərbi baza partladıldı - ÇOX SAYDA ÖLƏN VƏ YARALANAN VAR

Taliban silahlıları Əfqanıstanın qərbindəki hərbi bazasya hücum edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, hücum nəticəsində azı 18 əsgər ölüb, 10 hərbçi isə yaralanıb.

Məlumata görə, silahlılar Fərah vilayətinin Bala-Baluk bölgəsindəki hərbi bazaya xüsusi qazılmış tunellə daxil olublar. 

Bölgər rəhbəri açqılamnasında hərbi bazada partlayışın törədildiyini təsdiqləyib. Ölənlərin dəqiq sayı açıqlamasa da, həmin vaxt bazada 30-a yaxın hərbçinin olduğu bildirilir.