AVRO-2020: İngiltərə millisi qələbə ilə başladı
    • 13-06-2021, 18:55
    • 607

AVRO-2020: İngiltərə millisi qələbə ilə başladı

Futbol üzrə Avropa çempionatının D qrupunda mübarizəyə start verilib.

News24.az xəbər verir ki, turnirin favoritlərindən İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb. Londondadkı "Uembli" stadionunda oynanılan matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Oyundakı yeganə qolun müəllifi isə Rəhim Sterlinq olub. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən hücumameylli yarımmüdafiəçi 57-ci dəqiqədə fərqlənərək, komandasına qələbə qazandırıb.

Qeyd edək ki, D qrupunun digər qarşılaşması sabah Şotlandiya və Çexiya yığmaları arasında olacaq.