-
- 14-06-2021, 14:27
- 1 026
"Boşan, sənə qız qəhətdir" deyən ana-bacı..." - Mətanət İsgəndərlinin keçmiş gəlini CAVAB VERDİ
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana aparıcı Sərxan Kərəmoğluna cavab verib.
News24.az xəbər verir ki, Canana sosial şəbəkədə aparıcının ünvanına bu sözləri yazıb: "Sərxan bəy, düz deyirsiniz, Kərim bəylə ailə qurmuşdum. Lakin özünüz çox gözəl bilirsiniz ki, o, müstəqil insan olmayıb. Ana əlinə baxıb. Çünki ana deyib, nəyim var sizindir. Biz də ona güvənmişik.
Lakin mən dəfələrlə şahid oldum ki, bir ana oğlunu yanında köməkçi kimi işlədib, onun gələcəyini, ailəsini düşünmür. İllərdir oğluna bir ev qıymır, bu körpələr kirayələrdən-kirayəyə atılır. Özünüz də şahidsiniz ki, ən bahalı toy mərasimlərini Mətanət xanım aparır. Bir sual verən yoxdur ki, bəs, pullar hara gedib? Bir ev nədir ki, oğlunuza vermirsiniz?! Böyüklük edə bilməyən, ailəsinin övladını düşünə bilməyən ana, dəfələrlə "boşan, sənə qız qəhətdir" deyən ana-bacı... Mən də insanam, ailəmə görə illərlə dözüb, oturdum. Artıq övladlarımın döyülməsinə dözə bilmədim. Çox şükür, indi acı sözlərdən, təhqirlərdən uzaqıq. Qanunla balalarıma görə ev verilməlidir. Lakin hər şeyə tədbirli olan ana oğlunun adına heç bir ev almayıb. Məqsədləri tez-gec bu ailənin dağılmasını gözləmək idi. Siz sənətçisiniz və onu müdafiə etmək borcunuzdur".
Qeyd edək ki, S. Kərəmoğlunun Canananın ünvanına bu sözləri yazıb: "Canana, səni hər kəs Mətanətə görə tanıdı, hörmət etdi. Mətanət İsgəndərli nə edib, etməyibsə qarışmıram. Amma bir həqiqət var, sən kimə ərə gəlmisən? Kərimə! Kərimlə birlikdə nə qazanmısan, nə əldə etmisən ki, Mətanət onu sənin əlindən alıb? Nə qədər bir dost kimi susaq, danışmayaq? Mətanət də insandır, onun yaxasından düşün. Kərim bilər, sən bilərsən. Artıq o, xanımı zəhərləməyin. Sən də oğul anasısan, bir anlıq özünü Mətanətin yerinə qoy bə düşün. Sənin tələb etdiyin ünvan, Kərimdir, Mətanət deyil".