Zaqatala sakininin kranla vurularaq ölməsi faktı üzrə cinayət işi başlandı
    • 14-06-2021, 16:23
    • 455

Zaqatala sakininin kranla vurularaq ölməsi faktı üzrə cinayət işi başlandı

İyunun 12-də Zaqatala rayonunun Göyəm kəndində Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Nail Bayramov idarə etdiyi 62-AC- 524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət alıb, göstərilmiş tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.