Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirildi
    • 14-06-2021, 16:34
    • 396

Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qızılağac Milli Parkının Masallı rayonunun ərazisindən keçən hissəsində “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

News24.az
xəbər verir ki, Tədbirdə Milli Parkın əməkdaşları iştirak edib.

Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib və mövzu ilə bağlı suallar cavablandırılıb.