Hirkan Milli Parkında yanğın
    • 16-07-2020, 18:43
    • 568

Hirkan Milli Parkında yanğın

Hirkan Milli Parkında yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran rayonunun Təngivan kəndində Hirkan Milli Parkın ərazisində kol-kos və qismən ağaclar 1 ha sahədə yanıb. Parkın qalan ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.