-
- 15-06-2021, 11:05
- 496
“NATO-nun yeni strateji konsepsiyasında Çin də ƏSAS RƏQİB OLACAQ”
Tramp kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqlik məsələsində tərəddüd nümayiş etdirərək hər kəsi şoka salmışdı. Çünki NATO ittifaqının məhək daşı məhz bu maddədir. 5-ci maddə yoxdursa, NATO yoxdur.
Bu sözləri News24.az-a açıqlamasında Politoloq Şahin Cəfərli deyib.
Politoloq bildirib ki, Bayden indi ABŞ-ın bu maddəyə bağlılığını net ifadələrlə vurğulamaqla transatlantik birliyi təkrar gücləndirməyə çalışır: “NATO-nun yeni strateji konsepsiyasında Rusiya ilə yanaşı, ilk dəfə olaraq Çin də əsas rəqib kimi qeyd olunacaq. ABŞ NATO-nu və avropalı müttəfiqlərini Hind-Sakit okean regionuna və Çini qlobal çapda tormozlama məqsədinə doğru yönəltməyə başlayır. G-7 zirvəsində Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə alternativ olacaq yeni bir layihənin həyata keçirilməsi barədə qərar qəbul olunub. Qərb və Yaponiya aşağı və orta gəlirli ölkələrdə infrastruktur layihələrinin reallaşdırılmasına böyük pullar ayıracaq. Hələlik yeni təşəbbüsün detalları məlum deyil”.
Siyasət şöbəsi